Kürün qurumasının daha bir fəsadı

Son vaxtlar Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin minimum həddən aşağı düşməsi sahilboyu quraşdırılmış su nasoslarınada öz təsirini göstərib. Bu üzdən su nasosları tam gücü ilə işləyə bilmir. Kür çayının aşağı axınında, xüsusi ilə Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət heç də ürəkaçan deyil. Son günlər çayda suyun səviyyəsi azalaraq elə həddə çatıb ki, Kür sanki bir su kanalını xatırladır. Bir tərəfdən, suyun azlığı, digər tərəfdən də, çayda adaların əmələ gəlməsi su nasoslarının da tam gücü ilə işləməsinə öz təsirini göstərir. Əkin sahələrinin suvarılması üçün 11 082 kilometr uzunluğunda suvarma kanalından istifadə olunur. Əkin sahələrinin vaxtında suvarılması üçün su nasoslarının əksər hissəsində yenidən təmir işləri aparılıb. Rayonun yeni Muğan və Qarabağlı nasos stansiyalarında boruların quraşdırılmasına baxmayaraq, hündürlükdə yerləşdiyindən nasosların su götürmək qabiliyyəti daha da azalıb. Bütün bu çətinliklərə baxmayaraq, Salyanda vəziyyətdən çıxmq üçün bütün imkanlardan istifadə edilir. Qabaqlayıcı tədbirlərin görülməsi hesabına kənd təsərrüfatı bitkilərinin suvarılmasında tələb olunan suyun verilməsinə səy göstərilir.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ











