Laçında işləyərkən minaya düşən fəhlə öldü
Gündəm
30 Aprel 2022 10:44

Laçında minaya düşən şəxs vəfat edib.
Avtosfer.az xəbər verir ki, ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib.
İlkin məlumata görə, P.Salahov ailəli idi, bir övladı qalıb.
Dağ Kəsəmən kənd icra nümayəndəsi İbrahim Qiyasbəyov faktı Oxu.Az-a təsdiq edib. O bildirib ki, P.Salahov bu gün Dağ Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, ötən gün Laçın Rayon Prokurorluğunun yaydığı məlumatda P.Salahovun həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışdığı və Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə məlumat verilib.
Oxunub : 1532
DİGƏR XƏBƏRLƏR
2 Oktyabr 2026 20:13
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
2 Oktyabr 2026 20:05
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
2 Oktyabr 2026 20:00
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
2 Oktyabr 2026 18:40
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
2 Oktyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
2 Oktyabr 2026 15:41
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
2 Oktyabr 2026 14:41
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
2 Oktyabr 2026 09:30
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
1 Oktyabr 2026 21:30
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
1 Oktyabr 2026 18:05
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
1 Oktyabr 2026 12:30
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
1 Oktyabr 2026 10:23
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
ŞƏRH YAZ












