Lada 4x4 modeli "zil qara" versiyaya sahib olacaq - FOTO

Butalı köynəyi olan oğlanlar üçün super xəbərim var - Voljsk Avtomobil Zavodu məhdud saylı versiyada buraxılacaq xüsusi Lada 4x4 ofrouderini hazırlayır. Rus istehsalçısı bu ofrouderin həvəskarlarına onun "zil qara" versiyası olan Lada 4x4 Black modelini təklif etmək niyyətindədir.
AvtoVAZ şirkətinin daxilindəki mənbələr Lada 4x4 Black modelinin Urban xəttindən olan üç və beş qapılı versiyaların əsasənda hazırlanacağını bildiriblər. Xüsusi "zil qara" seriyasından olan avtomobillər qara rəngli kuzovu və beşqollu yüngül lehimli təkər diskləri, ön qanadlardakı qara emblemləri, həmçinin salonun yaxşılaşdırılmış tərtibat materialları, arxa pəncərələrin zavod tündləşdirilməsi və xüsusi dekor ilə seçiləcəkdirlər.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, salonun tavanı, günəşliklər, yuxarıdakı dəstəklər və ERA-GLONASS sisteminin bloku da qara rəngdə olacaqdırlar. Bundan əlavə, xüsusi versiya Black sözləri tikilmiş oturacaq üzlüklərini də əldə edəcəkdir. Böyük ehtimalla, "zil qara" Lada 4x4 modeli əlavə opsiyalar ilə də təchiz ediləcəkdir.
Texniki hissədə heç bir dəyişiklik gözlənilmir: Lada 4x4 Urban Black, 8 klapanlı 83 at qüvvəli 1,7-litrlik benzin mühərriki, aşağı pillə cərgəsi olan 5-pilləli mexaniki transmissiya və tam ötürmə sistem ilə təchiz ediləcəkdir. Maraqlıdır ki, 2016-cı ilin payızında Lada 4x4 Black Edition modifikasiyası təklif edilirdi, lakin o zaman AvtoVAZ bu versiyanı adi modelin bazasında hazırlamışdı.

Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












