Lənkəranın kənd yollarına asfalt döşənir - FOTO

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Lənkəran rayonunda çox mühüm sosial əhəmiyyətli yol layihələri həyata keçirilir. Son bir neçə ildə rayonda reallaşdırılmış 7 iri maliyyə tutumlu yol layihəsindən sonra koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, növbəti yol layihəsinin icrasına başlanılıb.
Layihəyə əsasən rayonda 39 mindən çox əhalinin yaşadığı 16 kənddə ümumi uzunluğu 38 kilometr olan yollara asfalt döşənəcək, yollar boyunca abadlıq, səliqə-sahman işləri görüləcək.
Rayonun dənizsahili ərazisindən başlanmış asfaltlanma işləri hazırda Sutəmurdov və Velədi kəndlərində davam etdirilir.
Kənd sakinləri koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. (AZƏRTAC)



Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











