Leysan Quba-Xınalıq yolunu bağladı

Ötən gün axşam saatlarında Quba rayonunun “Qızılqaya” deyilən ərazisinə yağan güclü leysan yağışları nəticəsində yaranan sel Quba-Xınalıq yolunun 70-80 metrlik hissəsinin bağlanmasına səbəb olub. Hadisə yolun 56-cı kilometrliyində, Xınalıq kəndinə təqribən 1 kilometr qalmış qeydə alınıb. Avtosfer.az “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, güclü sel suları özü ilə bərabər palçıq və daş gətirərək yolun alt hissəsindən keçən, diametri 1.5 metr olan iki suötürücüsünün girişini tutub, nəticədə yolun kənarına dolan sel suları yolun hərəkət hissəsini aşıb. Palçıq və daş Quba-Xınalıq yoluna dolaraq yolun bağlanmasına səbəb olub. Sel nəticəsində yol təsərrüfatına xeyli ziyan dəyib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən dərhal təbii fəlakətin baş verdiyi əraziyə xüsusi texnikalar və lazımi sayda canlı qüvvə səfərbər edilib. Qısa müddət ərzində palçıq və daşla örtülən yolun kənarı ilə alternativ yol salınaraq, nəqliyyat vasitələrinin hərəkəti Quba-Xınalıq və əks istiqamətdə bərpa edilib.
Bundan sonra Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC-nin rəhbərliklərinin nəzarəti altında yolun açılması istiqamətində təxirəsalınmaz işlərə başlanılıb.
Güclü selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində gecə boyu və bu gün davam edən işlər nəticəsində yolun alt hissəsindən keçən hər iki suötürücüsü və yolun hərəkət hissəsi palçıq və daşlardan təmizlənib. Bu gün günorta saatlarında yolda tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Emin
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










