Magistraturada boş qalan yerlərə ixtisas seçimi gələn ay elan ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) "Magistr" jurnalının 5-ci nömrəsini dərc edib. DİM-dən verilən məlumata görə, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.
Bakalavrların nəzərinə çatdırırıq ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan iyul ayında DİM-in internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək.
Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












