Marketlərdə əhaliyə pulsuz maska verilsin, ancaq bu şərtlə... - TƏKLİF

Maskaların qiyməti aşağı düşməlidir. Birinci növbədə çalışmaq lazımdır ki, maskaların istehsalının maya dəyərini aşağı salaq, çünki ola bilsin ki, uzun müddət maskadan istifadə etməli olaq. Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev hesab edir ki, maskaların qiymətinin aşağı salınması üçün dövlət büdcəsindən və yaxud Koronavirusla Mübarizə Fondundan müəyyən vəsaitlər də yönəltmək olar:
“Başqa bir yol isə insanların daha çox üz tutduğu obyektlərə, xüsusən marketlərə, bazarlara və digər məkanlara öhdəlik qoyulmalıdır ki, maskasız insanı içəri buraxmasınlar və yaxud da ki, orada insanlara maska paylasınlar. Tutaq ki, bir insan gəlib marketdə 50, 70 və ya 100 manatlıq məhsul alırsa, market ona maskanı hədiyyə də edə bilər. Yaxu da marketlər maskanı insanlara yarı qiymətinə satsın. Bütün hallarda bu işi tənzimləmək və maskaların qiyməti barədə fikirləşmək lazımdır”.
M.Quliyev əlavə edib ki, dezinfeksiyaedici məhsulların da qiymətinin tənzimlənməsinə ehtiyac var.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












