Masazırda avtobus problemi var - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsindən Bakı istiqamətinə yalnız bir marşrut xəttinin fəaliyyət göstərməsi sakinlər üçün çətinlik yaradır.
Minlərlə əhalinin yaşadığı qəsəbəyə yalnız 525 saylı marşrut avtobusu işləyir. Sərnişinlər iddia edirlər ki, bu xətdə olan avtobuslar köhnəldiyindən tez-tez yolda qalır. Üstəlik, avtobusların sayı sərnişinlərin sayına adekvat deyil.
Sürücülər isə yeni avtobusların nə vaxt veriləcəyini bilmirlər.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Masazır qəsəbəsi - "Memar Əcəmi" metrostansiyası istiqaməti üzrə hərəkət edən 525 nömrəli marşrut xəttində 17 avtobus 8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir.
Qeyd olundu ki, marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması ehtimal edilir. Yəni gələcəkdə Masazır qəsəbəsinə işləyən bu avtobusların dəyişdirilməsi plandadır.
Ətraflı videomaterialda.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












