Maska qadağası ləğv olunur? - AÇIQLAMA

Son günlər yoluxmanın azalması ölkədə ab-havanı yaxşılaşdırıb, insanlar arasında əhval-ruhiyyəni daha da yüksəldib. Bununla belə bir nəticəyə gəlmək olarmı ki, 3 ildir dünyanı cənginə alan koronavirus artıq süqut edir? Maska qadağasının ləğv olunması artıq qüvvəyə minməlidirmi?
Mövzuyla bağlı infeksionist Nicat Əzimli sonxeber.az-a münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan və ümumilikdə dünyada statistikalar gedişatın yaxşı olduğunu göstərir:
"Öncəliklə qeyd edim ki, 2 həftə əvvəlki çıxışında ÜST rəhbəri Tedros, pandemiyanın bitməkdən hələ çox uzaq olduğunu bildirib. O vurğulayıb ki, dünyanın hər yerində tamamilə sonlanmadıqca pandemiyanın bitmiş olduğunu demək olmaz.
Biz isə, bir həkim olaraq, indiki vəziyyəti şərh etsək, deyə bilərik ki, Azərbaycan və ümumilikdə dünyada statistikalar gedişatın yaxşı olduğunu göstərir. "COVID-19"la bağlı həkimə müraciət edən şəxslərin sayında da real olaraq azalmanı müşahidə olunur. Lakin, pandemiyanın bitdiyini elan etmək pandemiyanın başladığını elan edən qurumun işidir. Bu qurum isə hazırda yuxarıda qeyd etdiyim ifadələrlə çıxış edir. Bu səbəbdən maska və digər qadağaların aradan qaldırılmasının hazırkı vəziyyətdə uyğun olduğunu düşünürəm".
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












