Maska taxmaq koronavirusdan nə qədər qoruyur? - ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maska ilə bağlı tövsiyələrinə dəyişiklik edib. Yeni tövsiyələrdə deyilir ki, maskanı yalnız koronavirus simptomu və ya gizli daşıyıcısı olanların yox, hər kəsin taxması tövsiyə edilir. Maska taxmayan COVİD-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir. Maska taxan COVİD-19 daşıyıcısının maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı 5 faizdir. Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1.5 faizə düşür.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində maska taxmaq məcburi elan olunub və bu qaydanı pozanlar cərimə və ya həbs olunur. Azərbaycanda da maskadan istifadə etməməyə görə cərimələr qüvvədədir. Beləki, müəyyən edilmiş yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməyə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir












