Maska taxmayan sürücülər də cərimələnir? - Açıqlama

Sosial şəbəkələrdə maska istifadə etməyən sürücünün 50 manat dəyərində cərimə olunduğunu əks etdirən fotolar yayılıb. Şəxsi avtomobilində hərəkət zamanı radar şəxsin şəklini çəkərək, cəriməni sürücünün telefon nömrəsinə yollayıb.
Maraqlıdır, sürücülərin şəxsi avtomobillərini idarə edərkən maska taxmaları nə qədər önəmlidir? Maska istifadə etməyən sürücülər cərimələnə bilərmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərə maska istifadəsinin tövsiyə edidiyini və bunun əksi ilə bağlı hər hansı cərimənin tətbiq olunmadığını bildirib:
“Mövcud qanunvericiliyə görə yalnız sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində tibbi maskaların taxılmaması inzibati məsulliyyət yaradır. Şəxsi avtomobildə də bir neçə ailə üzvü gedirsə, onlar da maska taxa bilər. Amma tövsiyə olunur ki, avtomobildə kənar şəxslər varsa, sürücülər də, sərnişinlər də tibbi maskada olsunlar. Amma buna görə hər hansı cərimə tətbiq olunmur”.
Qeyd edək ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












