Maska tələbi ilk olaraq bu məkanlarda ləğv olunacaq-AÇIQLAMA

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi mövzusuna münasibət bildirərək məsələyə baxıldığını və yəqin ki, müəyyən qərarların veriləcəyini deyib.
Maraqlıdır, ilkin olaraq hansı istiqamətdə maska tələbi ləğv edilə bilər? Yəni bu məsələ etap-etap həyata keçirilə bilərmi?
Mövzu ilə bağlı danışan deputat Fazil Mustafa yemək verilməyən qapalı ortamlarda maska tələbinin ləğv edilə biləcəyini deyib: "Açıq məkanlarda maska tələbinin olması mütləq deyil. Qapalı məkanlarda isə bəzi yerlərdə maska tələbi qüvvədə qalmalıdır. Müəyyən qapalı yerlərdə maska tələbi ləğv edilə bilər. Məsələn, toy-yas yerləri elədir ki, burada maska taxmaq məsələsi bir qədər absurddur. Belə yerlərdə maskaya nəzarəti gerçəkləşdirmək mümkün olmur. Lakin iclas və auditoriyalarda keçirilən tədbirlər üçün maska tələbi ola bilər. Ümumilikdə yemək məclisi qurulmayan auitoriyada maska tələbi qala bilər. Hər halda bu istiqamətdə müəyyən işlər görülür və müvafiq qərarlar veriləcək”, -deyə müsahibimiz qeyd edib. Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 233 nəfər aktiv xəstə sayını təşkil edir.
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










