Məcburi köçkünlərin qayıdışı müzakirə edildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, münaqişənin davam etdiyi 30 ilə yaxın dövr ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib. Qeyd olunub ki, məcburi köçkünlərin sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.
Qonağa işğal dövründə ərazilərimizə dəymiş ziyanın qiymətləndirilməsi, zəruri infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, ərazilərin minalardan təmizlənməsi işi sürətləndirilib, yaşayış yerlərinin bərpası zamanı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına üstünlük verilməsi nəzərdə tutulur. Ölkə rəhbərinin tapşırığı əsasında, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı, Böyük Qayıdışın həyata keçirilməsi üçün Strateji Fəaliyyət Planı və Tədbirlər Planı hazırlanıb.
Komitə sədri məcburi köçkünlərin artıq öz daimi yaşayış yerlərinə qayıdışına hazırlıq aparıldığını diqqətə çatdırıb. Bu prosesin beynəlxalq normalara uyğun həyata keçirilməsi, dinc əhalinin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso qeyd edib ki, təmsil etdiyi qurum qaçqın və məcburi köçkünlərlə bağlı öhdəsinə düşən vəzifələrlə bağlı əməkdaşlıq etməyə hazırdır, bu istiqamətdə səylərini əsirgəməyəcək.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT
Azərbaycan səfirliyinə qarşı təxribat; Rusiyadakı oyunları kim təşkil edib? - AÇIQLAMA
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatdı - FOTOLAR - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...










