Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası aşkarlandı - FOTO

Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktoruna məxsus narkotik plantasiyası aşkarlanıb. Plantasiya Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının bu gün rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkar edilib.
Məlum olub ki, plantasiya rayon Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsusdur. Rayonun Göycəli kənd sakini, 1984-cü il təvəllüdlü V.Mehdiyev özünə məxsus torpaq sahəsində xüsusi aqrotexniki qaydada kultivasiya yolu ilə narkotik xassəli çətənə - Kannabis bitkiləri becərib. O, narkotik bitkilərin becərilməsi üçün işçi qüvvəsi də cəlb edib.
Belə ki, plantasiyanın xüsusi mühafizəsini təşkil etmək üçün gözətçilər, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələr, eyni zamanda orda çalışan işçi heyətinə yemək bişirmək üçün aşpazlar cəlb olunub.
Şahidlərin iştirakı ilə plantasiyadan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Mehdiyev şəxsi narkotik bitkiləri şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. ("Report")
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
















