Mehdiyevin həyat yoldaşı Bakıda erməni təşkilatı yaratmışdı - SENSASİON İDDİA - VİDEO

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva ilə bağlı şok məlumatlar açıqlayıb. Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, o, Mehdiyev hakimiyyətdə olduğu dönəmdə Q.Mehdiyevanın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi“Hayastan” adlı təşkilatın yaradıldığını iddia edib:
“Qalina Mehdiyeva və Əli Həsənovun həyat yoldaşı Badamdarda tikdirdikləri villada ustaların yanında ermənicə danışırdılar. Mən bu barədə “Xural”da manşet vermişəm. Ustaların biri ağlaya-ağlaya “Xural”a gəlib dedi ki, Əvəz müəllim, biz hara gedirik? Bunun axırı nə olacaq? Mən o zaman yazdım, üstünə getdim. Məlum oldu ki, Qalina xanımın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi bir “Hayastan” təşkilatı var”.
Ə.Zeynallı “Hayastan” təşkilatının Bakıda adını dəyişmiş ermənilərin müxtəlif vəzifələrə yerləşdirilməsi işi ilə məşğul olduğunu da bildirib:
“Bəlkə qulaqlara bir az dəhşətli gələ bilər, amma mən bunu “Xural” qəzetində yazmışam. Öz aralarında ermənicə danışıblar, “Hayastan” təşkilatı qurublar. Həmin təşkilatın üzvlərindən biri də adını dəyişmiş erməni İrina Danyelyan idi, o, məni məhkəməyə vermişdi.
Məhkəmə də 24 apreldə – saxta erməni soyqırımı günü idi. O zaman sağ olsun, mənə informasiya dəstəyi verən zərərçəkən oğlan Arzu (bilmirəm, onun aqibəti necə oldu) o sənədin əslini çıxartdırıb mənə gətirmişdi. Biz o qadına sübut etdik ki, sən İradə Hüseynova yox, İrina Danyelyansan. O qız məhkəmədən başını götürüb getdi ki, siz bunu haradan bilirsiniz?”.
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ












