Məhkəmə azərbaycanlını qətlə yetirən polisi azadlığa buraxdı

Gürcüstan məhkəməsi 2018-ci ilin iyulunda ölkənin Poti şəhərində ödəmə terminalını qarət edən 22 yaşlı Nazim Quzanovu tabel silahı ilə ölümcül yaralayan polis əməkdaşı Çabuka Lemoncavaya bəraət verib.
“Report” xəbər verir ki, o, Zuqdidi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Müdafiə tərəfi məhkəmədə sübut edib ki, oğru atəşdən öncə Ç.Lemoncavaya hücum edərək onun başına küt alətlə xəsarət yetirib. Bundan sonra polis əməkdaşı özünümüdafiə məqsədilə silahdan istifadə etməyə məcbur olub.
Faktla bağlı cinayət işi ehtiyatsızlıqdan qətl, zorakılıq və yaxud silahın tətbiqi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə aparılırdı. Polis əməkdaşı barəsində həbs qərarı ötən ilin martında 45 min lari məbləğində girovla əvəz edilib.
Qeyd edək ki, N.Quzanov Rustavi şəhərində yaşayıb. O, əvvəlki illərdə oğurluq, xuliqanlıq, polisə tabe olmamaq və narkotik vasitədən istifadəyə görə bir neçə dəfə saxlanılıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












