Məhkəmə ekspertizasının metodik fondu yaradılacaq

Nazirlər Kabineti “Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları” təsdiqləyib.
Qaydalar “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna əsasən hazırlanıb və məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydalarını müəyyən edir.
Fondun yaradılması və elmi-metodik materialın həmin Fonda daxil edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən həyata keçirilir.
- Fond informasiya ehtiyatıdır. Fondun formalaşdırılması, idarə olunması, tamlığı və mühafizəsi Ədliyyə Nazirliyi tərəfindən təmin edilir.
- Fondun informasiya təminatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarələri, elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyaları, özəl hüquqi şəxslər (bundan sonra – məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlar), habelə özəl məhkəmə eksperti tərəfindən elmi-metodik materialın, o cümlədən standartların, texniki şərtlərin və digər normativ sənədlərin təqdim edilməsi yolu ilə həyata keçirilir.
- Elmi-metodik material məhkəmə ekspertizası fəaliyyətinihəyata keçirən qurumun rəhbəri və ya onun müavini, habelə özəl məhkəmə eksperti tərəfindən imzalanmış müşayiət məktubu ilə kağız daşıyıcıda onun əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında aşağıdakılar əlavə edilməklə Ədliyyə Nazirliyinə təqdim olunur:
- elmi-metodik materialın qısa məzmunu;
- elmi-metodik materiala dair bu qaydalarda göstərilən qurumlar tərəfindən verilmiş ən azı 2 (iki) səhifədən ibarət rəy.
Eyni zamanda fonddan istifadə qaydaları da məlum olub.
- Fond açıqdır, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.
- Fondda yaradılmış xüsusi proqram təminatı vasitəsilə aşağıdakı meyarlar üzrə axtarış aparmaq imkanı yaradılır:
- elmi-metodik materialın adı;
- elmi-metodik materialın aid olduğu məhkəmə ekspertizası sahəsi;
- elmi-metodik materialın müəllifinin (müəlliflərinin) soyadı, adı və atasının adı və ya idarə, müəssisə və ya təşkilatın adı;
- elmi-metodik materialın nəşr ili.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












