Məhkəmə limanın baş direktorunun həbsinə order verib

Məhkəmə Livanda baş verən partlayışın təhqiqatı çərçivəsində Beyrut limanının baş direktoru Həsən Kreytemin həbsinə order verib. Məhkəmə işini aparan hakimi Fadi Savan dörd saatlıq dindirilmədən sonra Həsən Kreytemi həbs etmək barədə qərar çıxarıb.
Fadi Savan bundan əvvəl Livanın Gömrük Xidmətinin rəisi Bədri Daherin həbsinə order verib. Livanın Baş prokuroru Həsən Uveydat Beyrut limanında baş verən partlayışdan sonra 25 nəfər barəsində cinayət işinin açıldığını bildirib.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında bir neçə güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların yarısını zədələyib. Son məlumata görə, insident nəticəsində 171 nəfər həlak olub, 6 mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, 300 min insan isə evlərini itirib. Partlayış ölkənin buğda ehtiyatının 85 faizinin saxlanıldığı anbarları dağıdaraq ərzaq təhlükəsizliyinə güclü zərər vurub.
Livan hakimiyyətinin məlumatına görə, partlayışlara altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitrat səbəb olub.
Livan paytaxtı fəlakət rayonu elan edilib və şəhərdə iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub. Bundan sonra Livanda hökumət əleyhinə mitinqlər başlayıb və nəticədə ölkə hökuməti istefa vermək məcburiyyətində qalıb. (AZƏRTAC )
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - FOTO
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA










