Meksikada koronavirus xəstələrinin sayı 200 mini ötdü

Meksikada son sutkada koronavirus infeksiyasına yoluxma halları 6 104 artıb. Bu barədə Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin rəhbəri Xose Luis Alomia bildirib.
O, qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin sayı 202 951 nəfərə çatıb. "Bugünkü gün Meksikada 202 951 insanda COVID-19 xəstəliyi təsdiq edilib. Təəssüf ki, bu xəstəliyin ağırlaşdırıcı hallarından 25 060 insan ölüb", - o mətbuat konfransında deyib.
Hazırda hakimiyyət orqanları daha 62 475 pasiyentin koronavirusa yoluxma halını və 1 966 nəfərin bu virusdan ölümü ilə bağlı şübhəli halları araşdırır.
Son bir gir gündə Şimali Amerika ölkəsində koronavirusdan daha 736 nəfərin öldüyü təsdiq edilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO












