Məktəblərdə davranış qaydaları açıqlandı

COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları təsdiq edilib. Pandemiya zamanı məktəblərdə davranış qaydalarına məsafə saxlamaq, əlləri tez-tez və qaydalara uyğun yumaq, başqalarının əşyalarına toxunmamaq, sinfi və məktəbi təmiz saxlamaq, təhlükəsiz istirahəti seçmək, kütləvi tədbirlərdən çəkinmək, bilik və bacarıqları başqaları ilə paylaşmaq daxildir. Qaydalarda həmçinin bildirilir ki, xəstə olduqda evdə qalmaq, öskürəndə və ya asqıranda ağız-burnu dirsək bükümü, yaxud kağız dəsmalı ilə bağlamaq və istifadə olunmuş kağız dəsmalı dərhal zibil qutusuna atmaq, toxunulan səthləri və əşyaları mütəmadi təmizləmək, üzə toxunmamağı adət halına salmaq, qapalı məkanlarda qoruyucu maskadan istifadə etmək lazımdır. Əllərini yumaq qaydasında bildirilir ki, minimum 20 saniyə ərzində əllərin bütün hissələrini, o cümlədən üstünü, barmaqların arasını və dırnaqların dibini sabun köpüyü ilə sürtmək, əlləri təmiz, quru dəsmal və ya birdəfəlik kağız dəsmalı ilə qurulamaq lazımdır. Su və sabun olmadıqda isə minimum 70%-lik spirt əsaslı təmizləyici vasitələrdən istifadə edilməlidir.

Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











