Banner

Mənzildən 600 manatlıq velosiped oğurlanıb - Səbaildə

Gündəm 24 Avqust 2020 16:23 Oxunub 1200
Mənzildən 600 manatlıq velosiped oğurlanıb - Səbaildə
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Səbail rayonunda mənzildən velosiped oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 21-nə keçən gecə Səbail rayonu ərazisindəki mənzillərdən birinin girişindən 600 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini K.Rüstəmov rayon polis idarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb. 

Faktla bağlı araşdırma davam etdirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh