Mərkəzi Bank dollar krediti olanlarla bağlı tövsiyə verdi

Mərkəzi Bankda (MB) bank sektorunun nümayəndələri ilə keçirilən iclas başa çatıb. Kommersiya banklarından birinin rəhbərinin "APA-Economics"ə verdiyi məlumata görə, Mərkəzi Bankı iclasda MB-in baş direktoru Rəşad Orucov təmsil edib. Banklar isə görüşdə İdarə Heyətlərinin sədrləri səviyyəsində təmsil olunub. Görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi müzakirə olunub. Bildirilib ki, banklara dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərmək tövsiyə olunur. Eyni zamanda qeyd olunub ki, MB banklara vəziyyətdən çıxmaqda yardım edəcək.
R.Orucov banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını aparmağı tövsiyə edib. MB rəsmisi qeyd edib ki, bank sektorunda konsolidasiya prosesi sürətlənməlidir. Bununla yanaşı, banklar manatla olan məhsullarını bazara daha intensiv çıxarmalıdır. Banklara o da tövsiyə olunub ki, fərdi inkişaf proqramlarını hazırlasın.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












