Metro istifadəçilərinə ŞAD XƏBƏR

Bakı Metropoliteninin "Xocasən" stansiyasında inşaat işləri tamamlanmaq üzrədir. Artıq üzləmə işlərində də sonuncu mərhələdəyik.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, tikintidə ən vacib mərhələ olan stansiyadan tunelə qədər yerüstü yol infrastrukturunun qurulmasında da iş sürətli şəkildə davam edir:
"Hər hansısa fövqəladə problem olmasa, "Xocasən" yerüstü stansiyası gələn ilin sonuna qədər təhvil veriləcək.
Stansiya Lökbatan və "Sədərək" Ticarət Mərkəzi istiqamətindən hərəkət edən insanların nəqliyyat problemlərinin aradan qaldırılması istiqamətində mühüm rol oynayacaq.
Digər tərəfdən "Xocasən" stansiyası "Bakmil"dən çox fərqlənəcək. "Bakmil" metro xəttinin ortasında yerləşdiyindən bu istiqamətdə qatarların çıxıb, daxil olması mürəkkəb texnoloji hala çevrilib. Bəzən bu, intervala da təsir göstərir, sərnişinlərin narazılığına səbəb olur. Amma "Xocasən" stansiyası bağlı belə bir problem olmayacaq. Çünki xəttin başlanğıcında olduğundan qatarların sərnişin tələbatına uyğun intensiv hərəkətinin təmin edilməsi üçün şərait olacaq. Həmçinin "8 Noyabr stansiyası"nın arxasında dönmə kamerası olduğundan intervalın tənzimlənməsi çox rahat olacaq", - B.Məmmədov deyib.
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA











