Metropoliten hazır vəziyyətdədir - Qalır qərarı gözləmək

"Metropolitendə sərnişindaşıma dayandırılığı gündən biz hər gün hazırlıqlı rejimdəyik. Karantin qaydalarına əməl etməklə infrastruktur işlək və saz vəziyyətdədir. İşçi heyəti lazımi hazırlıq səviyyəsindədir. Yəni, öncələr sərnişindaşıma olduğu vaxtda necə idisə, indi də hazırlıq, nəzarət eyni səviyyədədir. Ümumiyyətlə, pandemiya başladığı gündən Nazirlər Kabinetinin metodiki göstərişlərinə uyğun olaraq işimizi qurmuşuq. Metropoliten iyulun 4-dən etibarən də eyni qayda ilə işini davam etdirir". Bu barədə Sputnik.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Məmmədov bildirib ki, Operativ Qərargahın verdiyi qərarlara uyğun olaraq addımlar atılır: "Mayın 9-da metropoliten sərnişindaşıma fəaliyyətini bərpa edəndə də metodiki göstərişlərə uyğun olaraq işini qurmuşdu. Başqa bir göstəriş olarsa, təbii ki, fəaliyyətimizdə bunu da tətbiq edəcəyik".
Metropoliten sözçüsü bu müddətdə görülən işlərdən də danışıb: "Bildiyiniz kimi iki yeni qatar daha öncə xəttə buraxılmışdı. Daha iki yeni qatarla bağlı olaraq da qərar veriləcək. Ümumilikdə isə qeyd edim ki, 2020-2022-ci illərdə, yəni hər 3 ildə illik olaraq 20 vaqon olmaqla, ümumilikdə 60 vaqon gətiriləcək. Gətiriləcək vaqonlar istismar müddətini başa vuracaq vaqonları əvəzləyəcək".
Məmmədov həmçinin əlavə edib ki, "Cəfər Cabbarlı" stansiyasında təmir başlamışdı: "Hazırda həmin istiqamətdə görülən işlər özünün son mərhələsindədir".
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO










