Mikayıl Cabbarovun yerinə xalası oğlu seçildi

Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.
Avtosfer.az xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.
Mikayıl Cabbarov növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb. Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçilib.
Qeyd edək ki, Balakişi Qasımov iqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğludur.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











