Milli Qəhrəmanın adını daşıyan park istifadəyə verildi - FOTO

Bakıda Xətai rayonunda Milli Qəhrəman İnqilab İsmayılovun yaşadığı binanın qarşısında onun adını daşıyan park yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib.
Avtosfer.az-ın məlumatına əsasən, park, ilk növbədə, rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.
Parkda aparılan yenidənqurma işləri çərçivəsində İnqilab İsmayılovun xatirə lövhəsi yenilənib.
Sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0,6 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılıb, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilib, mövcud ağaclar budanıb, qazon örtüyü, səki daşları döşənib.
Milli Qəhrəman İnqilab İsmayılov 1962-ci ilin 24 fevralında Xocalı şəhərində anadan olub.
Xocalı soyqırımı zamanı İnqilab İsmayılov gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümayiş etdirib və döyüşçü yoldaşları ilə birlikdə sağ qalmış əhalinin bir hissəsini düşmən mühasirəsindən çıxarıb.
İnqilab İsmayılov 1992-ci ilin 12 iyununda Ağdam rayonunda döyüşlər zamanı şəhid olub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












