“MilliÖn” terminallarında nə baş verir? - YENİLƏNİB

Bu gün səhər saatlarında “BakıKart” ödənişləri ilə bağlı texniki problem yaşanıb. Bu barədə Oxu.Az-a “MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri idarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva məlumat verib. O bildirib ki, səhər saatlarında bu problemdən dolayı çətinlik yaşayan vətəndaşlar “MilliÖn” müştəri xidmətlərinə müraciət etsinlər.
“Mövcud problem artıq aradan qaldırılıb. “BakıKart” ödənişləri ilə bağlı “MilliÖn” müştəri xidmətlərində ödənişin bərpa etmə üsulu vətəndaşlara izah olunacaq. Bununla da onlar səhər saatlarında ödədikləri məbləği kartın balansına yükləyə biləcəklər”, deyə Ü.Əfəndiyeva qeyd edib.
Çekləri götürməyən vətəndaşlar heç də məyus olmasın. Ü.Əfəndiyevanın sözlərinə görə, həmin vətəndaşların da ödədikləri məbləğ kartlarının balansına yüklənəcək:
“Heç bir problem olmayacaq. Əgər kartları varsa, bunu bərpa edə bilərlər və tərəfimizdən ödənişin bərpasına dair qəbzlər də onlara təqdim olunacaq”.
10.08
Bakı sakinləri “MilliÖn” terminallarının işləməməsindən narazıdır.
Bu barədə sosial şəbəkədə paylaşım edilib. Vətəndaşların sözlərinə görə, paytaxtın Yasamal rayonu, H.Cavid prospektində (20 nömrəli məktəb-lisey yaxınlığı) quraşdırılan 2 ədəd “MilliÖn” terminalının heç biri işləmir:
“Aparatlar səhərdən camaatın pulunu götürür, amma karta yükləmir. O qədər adamın bəlkə də onda biri çekini saxlayıb, ödənişini bərpa edəcək. Qalan adamların pulları getdi. İnsanların əsəblərinin korlanması, işə gecikməsi də bir yandan. Bu ilk dəfə deyil, yəqin son da olmayacaq. Bu problemi kimə deyək, necə həll edək? “MilliÖn” çağrı mərkəzini də yığırsan, cavab verən yoxdur”.
“İnşaatçılar” metrostansiyasının çıxışında quraşdırılan “MilliÖn” terminalında da vəziyyət eynidir.
Məsələ ilə bağlı “Oxu.az” “MilliÖn” şəbəkəsi ilə əlaqə saxlamağa çalışdı, lakin rəsmən problem barədə məlumatı dəqiqləşdirmək mümkün olmadı.
Könül Cəfərli
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












