Mingəçevirdə evə basqın edən şəxslər saxlanılıb – FOTO

Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxsin şəhər ərazisindəki evlərin birinə daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlməsi və küt alətlə qadına xəsarət yetirib qaçması barədə Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Amil Mehdiyev saxlanılıb.
Araşdırma zamanı A.Mehdiyevin Goranboy rayon sakini Orxan Mehdiyevlə qabaqcadan əlbir olaraq, ev sahibinə məxsus pulu ələ keçirmək məqsədilə həmin cinayət əməlini törətdikləri müəyyən edilib. O.Mehdiyev də şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Namiq Musayev
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












