Polislər dəm qazından zəhərlənən yeniyetməni xilas edib - FOTO

Mingəçevirdə polislər dəm qazından zəhərlənən yeniyetmənin həyatını xilas edib. Avtosfer.az xəbər verir ki, Şəhər Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları - Ülvi Paşabəyli, Sənan Süleymanlı və Nizam Səfərli şəhərin 20 Yanvar küçəsində xidmətdə olan zaman bir azyaşlı oğlan onlara yaxınlaşıb və bacısının evdə huşsuz vəziyyətdə yerə yıxıldığını, polislərin ona kömək etməsini istəyib.
Polis əməkdaşları dərhal həmin ünvana gedib və yeniyetmə qızın vəziyyətinin pis olduğunu görüblər.
İlkin tibbi yardım göstərdikdən sonra vaxt itirməmək üçün onu dərhal xidməti avtomobilləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıblar.
Yeniyetmənin dəm qazından zəhərləndiyi müəyyən edilib və həkimlərin də səyi ilə onu həyata qaytarmaq mümkün olub.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












