Monqolustandan gətirilən əti yeyə bilərik? - Eyyub Hüseynov açıqladı

Son günlər Monqolustandan Azərbaycana idxal olunan qoyun əti cəmiyyət arasında geniş müzakirələrə səbəb olub. Vətəndaşlar əsasən həmin ətin İslam qaydalarına uyğun kəsilib-kəsilmədiyini və qiymət fərqinin səbəbini müzakirə edirlər. Hazırda bu ətin satış qiyməti təxminən 12 manatdır.
Bəs Monqolustandan gətirilən bu ət dini qaydalara uyğun şəkildə kəsilirmi? Onun qiymətinin aşağı olmasının səbəbi nədir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, Monqolustan böyük heyvandarlıq ölkəsidir:
"İran oradan qoyun ətini bizdən qat-qat çox alır. Lakin Azərbaycan vətəndaşları donmuş ətlərə üstünlük vermirlər, ona görə də qiymət nisbətən ucuzdur. Təhlükəsizlik nöqteyi-nəzərindən tam təhlükəsizliyi təmin olunmuş ətlərdir. Yəni Qida Təhlükəsizliyi Agentliyinin tam nəzarəti altındadır".
Ekspert Monqolustandan gətirilən ətin İslam qaydalarına uyğun kəsilib-kəsilmədiyi haqqında məlumatsız olduğunu bildirdi.
"Amma normal ətdir. Lakin dad etibarilə Azərbaycan ətlərindən geri qalır. Çünki istehlakçılar bu barədə mənə məlumat verirlər. Hətta məşhur restoranlarda qoyun əti kababı, lüləsini yeyəndə mənə zəng vurub deyirlər ki, dadı aşağıdır. Yəqin ki, bu, Monqolustan ətidir. Bilmirəm, nə dərəcədə doğrudur. Lakin istehlakçıların ümumi fikri bu cürdür. Hətta ölkənin hər yerindən bu barədə mənə zəng vurub deyirlər. Yəni normal, təhlükəsizliyi təmin olunmuş ətlərdir", - deyə Eyyub Hüseynov yekunlaşdırdı.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












