Moskvada Azərbaycan diasporunun rəhbəri deportasiya edildi - VİDEO

Azərbaycan diasporunun Moskvada rəhbəri Elşən İbrahimov ölkədən deportasiya edilir.
Avtosfer.az-ın “Baza” telegram-kanalına istinadən verdiyi xəbərə əsasən, bir neçə gün bundan əvvəl o Rusiya vətəndaşlığından məhrum edilib.
Məlumata əsasən, hazırda E.İbrahimov Moskvanın Şeremetyevo aeroportundadır və “Aeroflot”un gecə reysi ilə Bakıya göndəriləcək.
***
Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov deportasiya qərarının onun üçün gözlənilməz olduğunu bildirib.
Oxu.az xəbər verir ki, o bunu Bakıya uçmazdan əvvəl REN TV-nin müxbirinə deyib.
O, mətbuatın yazdığına görə, Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratması səbəbindən niyə deportasiya edildiyinə dair sualı da cavablandırıb:
"Bilmirəm, həqiqi sözümdür, bilmirəm".
İbrahimov etiraf edib ki, Rusiyanı tərk etmək məcburiyyətində qaldığı üçün bir az qanı qaralıb.
O, gələcək planlarından danışmayıb. Azərbaycan diasporunun rəhbəri "Bunu zaman göstərəcək" deyərək sözlərinə yekun vurub.
KİV-in məlumatına görə, Elşən İbrahimov guya "milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərə yol verdiyinə" görə Rusiya vətəndaşlığından məhrum edilib. Nəşrlərin yazdığına görə, onun vətəndaşlıqdan çıxarılması proseduru iyunun 18-də baş tutub.
***
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.
“Qafqazinfo” xəbər verir ki, “İz.Ru" teleqram kanalında E. İbrahimovun hava limanından görüntülərini paylaşıb.
E. İbrahimov jurnalistlərə açıqlama vermək istəməsə də, Rusiyanı tərk etdiyi üçün bir az məyus olduğunu bildirib.
O, gələcək planlarından danışmayıb və “Bunu zaman göstərəcək” deyib.
Həmin görüntüləri təqdim edirik:
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












