Moskvada koronavirusa qarşı peyvənd pulsuz olacaq

Moskvada koronavirusa qarşı peyvənd pulsuz olacaq.
Avtosfer.az xəbər verir ki, bunu Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.
“Hazır olacağı anda peyvənd kampaniyasına başlayacağıq… Əlbəttə ki, iki payız epidemiyasını üstələməyimiz üçün bu il qripə qarşı vaksinasiyanı da artırmalıyıq”, - deyə paytaxt rəhbəri vurğulayıb.
Sobyaninin sözlərinə görə, testlərin sayının artması aşkar olunan yoluxma hallarının çoxalmasına səbəb olur:
“Ümumiyyətlə, koronavirusla bağlı vəziyyət yaxşılaşır. Bu gün Moskvada təqribən 50 min adam yoxlanılmaq üçün qeydiyyatdan keçib”.
Qeyd edək ki, Rusiyada ən azı 17 elmi təşkilat COVID-19 əleyhinə peyvəndin hazırlanması ilə məşğuldur.
Bazar ertəsi günü Rusiyanın Müdafiə Nazirliyi tərəfindən Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi ilə birlikdə hazırlanan peyvəndin klinik sınaqları uğurla başa çatıb. Nəticələr işləndikdən sonra dövlət qeydiyyatı üçün göndəriləcək.
Bundan başqa, Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yanında “Vektor” Virusologiya və Biotexnologiya Elmi Mərkəzi vaksinin klinik sınaqlarını aparmaq üçün icazə alıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












