Moskvada Qələbə paradı başladı

Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı başlayıb.
Parad ənənəvi olaraq Qızıl meydanda keçirilir.
Budəfəki mərasim digərlərindən daha genişmiqyaslı olacaq. Belə ki, tədbirin ötən paradlardan 30 dəqiqə daha uzun sürəcəyi gözlənilir. Paradda 13 mindən çox hərbi qulluqçu, 216 ədəd yerüstü hərbi texnika, 75 təyyarə və helikopter iştirak edir.
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun sözlərinə görə, paradda 10 ölkə rəhbəri iştirak edir. Bunlar Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Milorad Dodik, Serbiya Prezidenti Aleksandr Vuçiç, Tacikistan rəhbəri Emomali Rəhmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdir.
Mərasimdə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edir.
Paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edir. Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.
Tanınmayan Abxaziya və Cənubi Osetiya “respublika”larının rəhbərləri də parada qatılıb.
Qeyd edək ki, parad ənənəvi olaraq mayın 9-da keçirilir, lakin koronavirus pandemiyası ilə əlaqədar tədbir iyunun 24-nə ertələnib. (“Report”)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










