Motosikletlər velosiped zolaqlarında ciddi təhlükə yaradırlar - NARAZILIQ

Bakı şəhərində salınan velosiped zolaqlarında motosikletlərin hərəkəti ciddi narazılığa səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan şikayətlərə görə, bu cür vəziyyət velosipedçilər və skuterçilər üçün real təhlükə yaradır.
Velosiped zolaqlarında motosikletlərin hərəkəti qanuni hesab olunurmu?
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, bəzən vətəndaşlar motosiklet və moped anlayışlarını qarışdırırlar:

"Velosiped zolaqlarında skuter və velosipedlərdən başqa mopedlərin hərəkəti qadağan edilmir. Əgər söhbət dövlət nömrə nişanı olan motosikletlərdən gedirsə, onların velosiped zolağı ilə hərəkət etməsi də digər nəqliyyat vasitələri kimi, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 2 cərimə balı və 100 manat məbləğində cərimə yaradır", - deyə T.Nəsirli vurğulayıb.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











