Mqer Qriqoryan Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasından DANIŞDI

Ermənistan, Azərbaycan və Rusiya baş nazirləri müavinlərinin iştirakı ilə regional kommunikasiyaların açılması üzrə işçi qrupu bir çox məsələlərdə, xüsusən də sərhəd və gömrük nəzarəti ilə bağlı İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib. Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib. “Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, əlbəttə ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər sərhəd və gömrük nəzarəti ilə bağlı, eləcə də vətəndaşların, nəqliyyat vasitələrinin, yüklərin Ermənistan və Azərbaycan ərazilərindən avtomobil, həmçinin dəmir yolları ilə təhlükəsiz keçidi kimi bir çox məsələlərdə mövqelərini yaxınlaşdıra bilib.
Ermənistan baş naziri müavininin sözlərinə görə, ekspert alt qrupları hazırda avtomobil və dəmir yolu infrastrukturlarının bərpası və sonrakı istifadəsi ilə bağlı məsələlərin öyrənilməsini davam etdirirlər.
Mənbə: Sputnik Armenia
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD












