Müdafiə nazirləri Türkiyədə niyə görüşüb? – HƏRBİ EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI - VİDEO - FOTO

Bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyəyə rəsmi səfər edib. Səfəri zamanı o həm Türkiyənin müdafiə naziri Yaşar Gülərlə ikitərəfli, həm də Gürcüstanın müdafiə naziri İraklı Çixovani ilə birlikdə üçtərəfli görüşlər keçirib. Görüşlər zamanı hansı məsələlərə toxunulması ilə bağlı detallı məlumatlar əks olunmasa da, ekspertlər hesab edir ki, əsas məsələ regionda sülhün qorunub saxlanması üçün bir sıra müzakirələr aparılıb.
Beynəlxalq hərbi ekspertlərin fikrincə isə, budəfəki görüş zamanı Gürcüstanın müdafiə naziri İrakli Çixovani öz ölkəsinin ordusunun inkişafı istiqamətində Türkiyə və Azərbaycandan müxtəlif formatda dəstəyini almaqdır. Onlar hesab edir ki, bu dəstəyə Azərbaycanın “Dəmir yumruq” əməliyyatında istifadə etdiyi hərbi taktikalar da daxildir.
Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda da qeyd olunur ki, Qafqaz hazırda həm tarixinə görə, həm də coğrafiyasına görə beynəlxalq təhlükəsizlik məsələsi üçün öz önəmini qorumaqdadır. Bu baxımdan bu regiondakı dövlətlərlə münasibətlərin inkişafı Türkiyə üçün də çox önəmlidir.
Mövzu ilə əlaqədar hərbi ekspert Ədalət Verdiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan həm Türkiyə, həm də Gürcüstanla əməkdaşlığını ikitərəfli və üçtərəfli formatda daim inkişaf etdirir. Bu əməkdaşlıq təkcə üçtərəfli yox, həm də NATO çərçivəsində həyata keçirilir. Bu ölkələrin arasında üçtərəfli formata uyğun birgə təlimlər, konfranslar və treninqlər də müntəzəm xarakter daşıyır:

“Birgə görüşlərin keçirilməsi, təbii ki, regionda sülhün və təhlükəsizliyin təmin olunması, ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti, onların inkişaf perspektivləri geniş müzakirə olunur. Digər tərəfdən isə regional layihələrin təhlükəsizlik məsələsi, hərbi texniki, hərbi tibb və hərbi təhsil, eləcə də digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılır.
Vətən müharibəsi başa çatdıqdan sonra Türkiyə ilə hərbi sahədə əməkdaşlıq Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Azərbaycan ordusunun Türkiyə ordu modelinə keçirilməsinin tətbiqi olduqca intensiv şəkildə təmin olunur. Bu proses, demək olar ki, başa çatmaq üzrədir. Gürcüstan ilə də əlaqələr, daha çox Azərbaycanın Vətən müharibəsindəki pilotsuz vasitələrlə əldə etdiyi müsbət təcrübə bu ölkə tərəfindən çox geniş öyrənilir. Digər tərəfdən isə antiterror əməliyyatlarının həyata keçirilməsindəki Azərbaycanın kifayət qədər unikal təcrübəsi, təbii ki, Gürcüstan üçün də çox maraqlıdır. Hesab edirəm ki, hər üç ölkənin təhlükəsizlik, müdafiə və hərbi texniki sahədə, regional və beynəlxalq təhlükəszilik baxımdan olduqca müsbət perspektivləri var. Bu əməkdaşlıq müxtəlif formatlarda getdikcə genişlənəcək və regionda sabitliyin, təhlükəsizliyin qorunub saxlanılması üçün tərəflər əllərindən gələni edəcəklər”.
Səfər
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












