Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub - VİDEO

Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi polis bölmələrindən birinin daimi dislokasiya məntəqəsini ziyarət edib.
Avtosfer.az xəbər verir iki, bu barədə MN-dən bildirilib. Nazirliyin rəhbərliyi burada xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti və məişət şəraiti ilə tanış olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra nazirliyin rəhbər heyəti bölmənin nümayiş məşğələsini izləyib. Hərbi qulluqçularla görüşən nazirliyin rəhbərliyi onların qayğıları ilə maraqlanıb. General-polkovnik Z.Həsənov şəxsi heyəti qarşıdan gələn 8 Noyabr - Zəfər Günü ilə əlaqədar təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb. Nazirliyin rəhbər heyəti hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu təltif edib.
Müdafiə naziri hərbi qulluqçuların döyüş hazırlığının, eləcə də maddi-texniki təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonda hərbi hissənin ərazisində xatirə ağacları əkilib.
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA












