Murovdağ tunelinin tikintisinin nə zaman bitəcəyi AÇIQLANDI

İşğaldan azad olunmuş rayonlarda yol infrastrukturu əsaslı şəkildə yenidən qurulur. Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunel də bu layihələr arasında xüsusi yer tutur. Hazırda iki çıxış, iki giriş olmaqla, dörd hissədə tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Bir istiqamət üzrə iki kilometr, ümumilikdə isə, Murov dağı tuneli üzrə 4 kilometr hissədə qazma, partlatma və ilkin betonlama işləri başa çatıb.
Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib.
O qeyd edib ki, Toğanalı-Kəlbəcər avtomobil yolunun ümumi uzunluğu 56 kilometr, tunellərin ümumi uzunluğu isə 25,2 kilometr təşkil edir. Layihə üzrə 4 tunelin tikintisi, 191 ədəd düzbucaqlı və dairəvi boru olmaqla, su ötürücü boruların inşası, 6 körpünün inşası nəzərdə tutulub.
“Tunel üzrə qazma-partlatma işlərinin 2024-cü ilin axırına tamamlanması planlaşdırılır. Bundan sonra yardımçı tikililərin inşasına başlanacaq. Tuneldə havalandırma, işiqlandırma və digər yol avadanlıqlarının quraşdırılması işləri 2025-ci ilin sonunadək tamamlanacaq”, - deyə mühəndis vurğulayıb.
Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. (Azərtac)

Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD











