Narkoloji Dispanserdəki videogörüntülərlə bağlı AÇIQLAMA - VİDEO

“Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir”.
Səhiyyə Nazirliyindən bildirilib ki, Bakı Narkoloji Mərkəzində müvafiq arayışın alınması müqabilində vətəndaşın həkimə 10 manat təklif etməsi və həkimin də həmin məbləği götürməsi faktı ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və hüquqi müstəvidə araşdırma aparılır.
Bununla yanaşı Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq bu hadisəyə hüquqi qiymət veriləcək və təqsirkarlar cəzalandırılacaqlar”.
Baş Prokurorluğun Mətbuat Xidmətindən isə bildirilib ki, Bakı Şəhər Narkoloji Mərkəzində baş verən qanunsuzluqlara dair sosial şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır.
Araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək. (oxu.az)
***
Bakı Şəhəri Narkoloji Mərkəzdə heç bir testdən keçmədən rüşvətlə arayış alındığı barədə məlumatlar yayılıb.
Baku TV gizli çəkiliş vasitəsilə məsələni araşdırmağa çalışıb.
Məlum olub ki, mərkəzə 10 manat ödəniş etməklə təxminən 5 dəqiqə ərzində arayış əldə etmək mümkündür.
Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.
Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.
Ətraflı Baku TV-nin süjetində:
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi












