Narkotik bitkilər becərən Kürdəmir sakini saxlanıldı - FOTO

Kürdəmir rayon sakinindən küllü miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumata görə, rayon ərazisində narkotik bitkilər becərən və satışı ilə məşğul olan şəxs barədə Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) əməliyyat məlumatı daxil olub. Kürdəmir RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sığırlı kənd sakini Musayev Yasəf Bəxtiyar oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış keçirilib və orada yerləşən yarımtikilidə otaqlardan birində 10 ədəd, digərində isə 13 ədəd ümumi çəkisi 2,5 kiloqram narkotik vasitə olan çətənə kolu aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı Y.Musayev etdiyi əməldən peşman olduğunu bildirib.
Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO











