NATO Avropanın şərqinə 40 min hərbçi cəmləşdirdi - iyunda qərar veriləcək

NATO Rusiyanın artan hərbi fəallığı ilə əlaqədar olaraq şərq sərhədlərində hərbi qüvvələrin tammiqyaslı yerləşdirilməsi planlarını hazırlayır.
Avtosfer.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın “The Sunday Telegraph” qəzetinə müsahibəsində bildirib. Stoltenberq qeyd edib ki, Alyansın şərq cinahında artıq 40 minə yaxın hərbçi yerləşdirilib ki, bu da bir neçə ay əvvəlkindən təxminən on dəfə çoxdur. Alyans rəhbəri onların sayının artacağını bildirib. NATO-nun regionda qruplaşmasının necə olacağı ilə bağlı yekun qərarın təşkilatın bu ilin iyununda Madriddə keçiriləcək sammitində təsdiqlənməsi planlaşdırılır. "Hazırda gördüyümüz iş yeni reallıqdır. Ancaq Avropanın təhlükəsizliyi üçün normal haldır. Hərbi komandanlıqlar bu yeniliyə uyğunlaşmaq üçün planlar təqdim edir. İyun ayında Madrid sammitində bu məsələ ilə bağlıqərar qəbul ediləcəyini gözləyirəm",-deyə Stoltenberq bildirib. Martın 24-də NATO-nun baş katibi Ukraynadakı hadisələrə cavab olaraq Alyansın şərq cinahındakı hərbi mövcudluğunu dənizdə, quruda və havada daimi olaraq artıracağını, həmçinin hava hücumundan müdafiəni, gücləndirəcəyini açıqlamışdı. Bundan əlavə, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada dörd əlavə çoxmillətli döyüş qrupu yaradılacaq.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












