Naxçıvan-Bakı marşrutu ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Naxçıvan-Bakı marşrutu ilə 2015-ci ildə avtobus və təyyarələrlə daşınan sərnişinlərin sayı açıqlanıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu il Naxçıvandan Bakı şəhərinə işləyən avtobus marşrutunda xidmətin səviyyəsinin yüksəldilməsi üçün 4 ədəd yeni avtobus alınıb. Bu il ərzində bu marşrut üzrə Naxçıvandan Bakıya 45942 nəfər, Bakıdan Naxçıvana isə 45703 nəfər sərnişin daşınıb. Naxçıvan Beynəlxalq Hava Limanında yeni “Şərq Terminalı”, Şərur və Ordubad şəhərlərində isə aviakassa binalarının istifadəyə verilib. Bu il ərzində Naxçıvan-Bakı marşrutu üzrə 234 min 526 nəfər sərnişin, 3 milyon 885 min 471 kq baqaj, 770 min 557 kq yük və 24 min 391 kq poçt daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi ilə 3 min 149 nəfər, Naxçıvan-İstanbul reysi ilə 5 min 987 nəfər sərnişin daşınıb.
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu










