Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildi və Dövlət Himnimiz səsləndirilib.
Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə çıxış edənlər gənc əsgərləri təbrik etdilər və hərbi andı qəbul etməyin sevincini yaşayan əsgərlər də döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz veriblər.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman bildirilib ki, ümummilli lider Heydər Əliyevin hərbi-elmi əsaslarla formalaşdırdığı Milli Ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində işğal altındakı torpaqlarımızı düşməndən azad edən Müzəffər Ordumuz dövlət-xalq-ordu birliyindən güc alaraq tarix yazdı. İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənclərimiz də Vətən Müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçularımız kimi torpaqlarımızın müdafiəsində cəsarətlə dayanacaqlar.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












