Naxçıvan sakinlərinin şəxsiyyət vəsiqələrini dəyişmə vaxtı açıqlanıb

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. İyun ayının 26-dan etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlər vaxtı bitmiş, itirilmiş, yaxud istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini yenisi ilə əvəzləyə biləcəklər.
Məlumatda deyilir: "2020-ci il iyun ayının 26-dan etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlər vaxtı bitmiş, itirilmiş yaxud istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi üçün Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində növbəti dəfə fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarına müraciət edə bilərlər. Sakinlərdən göstərilən ünvanda müraciət zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 Pandemiyası ilə əlaqədar qəbul etdiyi qərarlara ciddi riyaət etmələri xahiş olunur".
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir











