Nazirlikdən Lerikdəki torpaq sürüşməsi ilə bağlı AÇIQLAMA

"Lerik rayonunun Lərmərud kəndində baş verən sürüşmə nəticəsində bir evin torpaq altında qalması digər ərazilərdə real təhlükənin olması demək deyil".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib. Nazirliyin ekspedisiya qurupu hadisə yerinə baxış keçirib. “Ərazidə zəruri monitorinq və təftişlər aparılıb. Orada 200 m uzunluğu, 150 m eni olan sürüşmə kütləsi qeydə alınıb. Sürüşmənin baş hissəsində 30-70 sm enində yarılmalar var. Burada tektonik pozulma zonaları var ki, sürüşmənin səbəbi də bilavasitə bu yarılma hissəsindən başlayır. Hazırda ümumi axan kütlənin uzunluğun 80 metrə yaxındır”. Xidmət rəisi onu da əlavə edib ki, kəndin digər əraziləri üçün real təhlükə yoxdur. Proses tam stabilləşməsə də dinamik aktivlik müşahidə edilmir. Sürüşən kütlənin qalınlığı azdır. İntensiv yağışlar olarsa, bu sürüşmə kütləsinin baş hissəsində zəif aktivləşmələr müşahidə edilə bilər. Qeyd edək ki, martın 30-u Lerik rayonunun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











