Nəbatat Bağının təmiri zamanı qanunsuz tikililər sökülüb

Mərkəzi Nəbatat Bağının təmiri zamanı ərazidə yerləşən 30-dan çox avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə bağdakı işlərlə tanış olan media nümayəndələrinə məlumat verilib.
Qeyd olunub ki, bunun nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb.
Məlumata görə, bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib. Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.
Bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək.
Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib.
Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.
Məlumat üçün bildirək ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi olaraq fəaliyyət göstərib.
Ramazan ayının yeddinci gününün duası - İmsak və iftar vaxtı
Hansı avtomobil markalarını bazara çıxararkən qısa vaxtda satmaq mümkündür? - ARAŞDIRMA
Qəza zamanı bu hallar baş versə, mütləq cərimələnəcəksiz - Sürücülərə vacib xəbər
188 Yükdaşıma və Evakuasiya Xidmətindən şikayət - 3 aydır maaşımı vermirlər
Qurbanov getdi, İsrafilov gəldi – Rüşvət yerində qalır - Parça-parça olan Azərbaycan səhiyyəsi
Bakı tramvay xəttinin çəkilməsinə hazırdır? - AÇIQLAMA
Sürücülərin bəziləri hələ də bu yenilikdən xəbərsizdir - DİQQƏT
İctimai nəqliyyatda gedişhaqqı yenə artırıla bilər – AÇIQLAMA
Ağacın arxasında görünməz qalan svetofor və nişan işıq üzünə çıxdı - FOTO
Bu ərazilərə qar yağır
Toyda və yasda çəkilən belə videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR











