"Nəqliyyat Könüllüləri" proqramında iştirak üçün namizəd seçimi başlayıb

Prezident İlham Əliyevin dövlət qurumlarına çağırışına əsasən Bakı Nəqliyyat Agentliyi "Nəqliyyat Könüllüləri" proqramını həyata keçirir.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, proqramın əsas məqsədi Agentliyin Bakının mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaq, sərnişinləri və sakinləri maarifləndirməkdir.
Bu çərçivədə sayca 3-cü "Nəqliyyat Könüllüləri" proqramında iştirak üçün müraciət edən namizədlərin seçiminə başlanılıb.
Proqrama müraciət edən 400 nəfər namizəd arasından 158-i seçimdə iştirak edib. Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları, nəqliyyat sahəsinə olan maraqları qiymətləndirilib. Əsasən könüllü olmaq istəyən şəxslərin motivasiyasına, bilik və bacarığına xüsusi diqqət yetirilib, eləcə də dil bilikləri yoxlanılıb. Müsahibənin nəticələri barədə namizədlərə məlumat bildiriləcək.
Xatırladaq ki, 2020-ci ildə keçirilən könüllülük proqramı çərçivəsində 60 nəfər iştirak edib. 36 nəfər məzun adını qazanıb, 3 nəfər isə Agentlikdə işlə təmin olunub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












