"Nəqliyyat və logistika sahəsində inkişaf TDT ölkələrinin inteqrasiyasının əsas amilidir"

Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətidir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Xarici Ticarət Palatasının sədri Murat Karimsakov "Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, qlobal iqtisadi çağırışlar şəraitində biznes TDT ölkələrinin iqtisadiyyatının davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır.
"Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində ticari-iqtisadi əməkdaşlığın səmərəli mexanizmlərini qurmaq, investisiya əməkdaşlığını gücləndirmək və biznes səylərini birləşdirmək son dərəcə vacibdir. Bu, iqtisadiyyatlarımızın davamlı inkişafı üçün möhkəm təməl yaradacaq", - sədr qeyd edib.
M.Karimsakovun fikrincə, nəqliyyat və logistika sahəsində əməkdaşlığın, elektron ticarətin inkişafına və infrastrukturun modernləşdirilməsinə, həmçinin texnoloji sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının dərin emalı, neft-kimya və qaz-kimya perspektivli istiqamətlər olaraq qalır.
"İnvestisiyaların cəlb edilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması üçün zəruri olan hər cür şərait yaradılmalıdır. TDT-nin əsas vəzifələrindən biri yüksək texnoloji sahələrin inkişafı, innovativ fəaliyyətin stimullaşdırılması və qabaqcıl texnologiyaların tətbiqidir. Bu baxımdan Türk İnvestisiya Fondu strateji təşəbbüs və layihələrə maliyyə dəstəyi aləti kimi mühüm rol oynayacaq", - o vurğulayıb.
M.Karimsakov qeyd edib ki, türkdilli dövlətlərin malik olduğu əhəmiyyətli iqtisadi, coğrafi və demoqrafik potensial bütün regionun inkişafının güclü drayveri olmaq iqtidarındadır.
"Ticarət əlaqələrinin möhkəmləndirilməsi, nəqliyyat-logistika infrastrukturunun inkişafı, texnoloji mübadilə və müəssisələrin əməkdaşlığı üzrə birgə fəaliyyət yeni artım nöqtələrinin yaradılmasına və ölkələrimizin iqtisadiyyatının davamlı inkişafına töhfə verəcək", - o, sonda əlavə edib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












