Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişir

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişir.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və “Kredit büroları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Bildirilib ki, “Kredit büroları haqqında” qanun nisyə mal alqı-satqısı ilə məşğul olan və təqvim ili ərzində nisyə satılmış mallar üzrə dövriyyəsi yüz min manatdan çox olan hüquqi və fiziki şəxslər tərəfindən “kredit tarixçələrini təşkil edən məlumat”ın kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbini müəyyən edir. Eyni zamanda adıçəkilən qanunun 22-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 440.3-cü maddəsi həmin şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna təqdim edilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Dövriyyəsi həmin məbləğdən az olan nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən bu məlumatın təqdim edilməsi isə onların vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulur.
Qeyd edilib ki, “kredit tarixçələrini təşkil edən məlumat” dedikdə kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə imkan verən məlumatlar nəzərdə tutulur.
Vurğulanıb ki, kredit tarixçəsinə aid olan məlumatların həmin təsərrüfat subyektləri tərəfindən təqdim edilməsi böyük inzibati, zaman və sair resurslar tələb edir. Eyni zamanda onların bu vəzifələrini icra etməsinə nəzarətin təşkilinin, habelə məlumatın vaxtında, düzgün və ya tam verilməməsinə görə məsuliyyətə cəlb etmənin mürəkkəbliyi də mövcuddur.
Bütün qeyd olunanlar nəzərə alınmaqla, təklif olunan dəyişikliyə görə bu məlumatların kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbi və həmin hala görə məsuliyyət tədbirləri, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 440.3-cü maddəsi ləğv edilir.
Dəyişiklikdən sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hər bir hüquqi və fiziki şəxsə dövriyyəsindən asılı olmayaraq eyni yanaşma tətbiq ediləcək və onların məlumatı təqdim etməsi məsələsi qanunun 12.2.3-cü maddəsinə uyğun olaraq tənzimlənəcək.
Qanun layihəsi bu sahədə inzibatçılığın sadələşdirilməsinə, müvafiq məlumatları könüllü təqdim etmə mexanizminin bütün nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil edilməsinə xidmət edir.
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO
Dünyada ictimai nəqliyyat qiymətləri necədir? - ARAŞDIRMA











