Novruz bayramı ərəfəsində karantin sərtləşdiriləcək? - AÇIQLAMA

Sosial şəbəkələrdə karantin rejiminin yenidən sərtləşəcəyi haqqında yayılan xəbərləri əsassız və yalan hesab edirəm.
Bu sözləri Azadinfo.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, hər bir xəbər rəsmi orqanların açıqlanmalarına əsaslanmalıdır:
"Küçədə eşidilən xəbərlərə görə, cəmiyyətdə fikir formalaşdırmaq olmaz. Bu gün ölkədə koronovirusa yoluxmalarla bağlı dinamika müsbətdir. Operativ Qərargahın verdiyi bütün qərarlar ölkədəki ümumi vəziyyətə uyğun verilir. Bu gün əldə etdiyimiz müsbət nəticələr insanlarda Operativ Qərargaha olan inamı artırıb. Biz gərəkdir ki, daha çox insanların Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl etməsindən danışaq, bunu təbliq edək".
Millət vəkili rayonlarda əksər hallarda insanların maska taxmadığını bildirib:
“Son vaxtlar tibbi maskadan istifadə etməyən insanlara rast gəlirik. Xüsusilə rayon yerlərində belə hallar çoxalıb. Mən həmin insanlara çağırış etmək istəyirəm ki, koronovirus bizimlə yaşayır və hər yerdə hamımız tibbi maskadan istifadə etməliyik. Əks halda yenidən yoluxmalarda artımlar müşahidə edəcəyik".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












